Oktyabrın 31-nə ölkədə fəaliyyətdə olan bankların cəmi aktivləri 34 milyard 963,6 milyon manat, cəmi öhdəlikləri 30 milyard 28,8 milyon manat, balans kapitalı 4 milyard 934,8 milyon manat olub.
Azərbaycan Mərkəzi Bankından bildirilib ki, ilin əvvəlindən bank sektorunun aktivləri, öhdəlikləri və balans kapitalı müvafiq olaraq 9,1 faiz, 9,8 faiz və 5 faiz artıb. Cəmi aktivlərin 46 faizi kredit portfelindən ibarətdir.