Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatı necə əldə etmək olar?

2021.11.29 13:30 (UTC+04:00)

Dövlət Vergi Xidmətindən “vergiler.az” saytına bildirilib ki, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat əldə etmək üçün istənilən şəxs DVX-nin rəsmi internet səhifəsində sərbəst şəkildə xidmətdən istifadə üçün sorğu göndərə bilər. Bunun üçün aşağıda qeyd edilən link üzərindən vergi orqanında vergi uçotuna alınmış fiziki və ya hüquqi şəxslər barədə məlumatı VÖEN-ə və ya ada görə vergi ödəyicisinin axtarılması seçiminə uyğun olaraq daxil etməklə əldə etmək olar.

https://www.taxes.gov.az/az/page/vergi-ucotuna-alinmis-vergi-odeyicileri-barede-melumatlarin-verilmesi

Əsaslandırma: “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi” elektron xidməti üzrə inzibati reqlament