"İqtisadi zona" proqramının 31 mart 2019-cu il tarixli buraxılışı Video

2019.04.02 18:52 (UTC+04:00)

ATV ilə Vergilər Nazirliyinin birgə layihəsi olan "İqtisadi zona" proqramının növbəti buraxılışında vətəndaşların devalvasiya nəticəsində banka olan borclarının silinməsi, birinci qrup əlillərə və müharibə veteranlarına Prezident tədaüdünün verilməsi, Bakı-Tbilisi-Qars dəmir yolu marşrutu üzrə işləyəcək qatarın vaqonlarının ölkəmizə gətirilməsi, turizm şirkətləri üçün nəzərdə tutulan güzəştlərlə bağlı məlumat verilib, "uşaqpulu" adlandırılan müavinət barədə yayılan məlumatlara aydınlıq gətirilib.

Proqramın qonağı – Maliyyə Bazarlarına Nəzarət Palatasının idarə rəisi Orxan İsmayılov problemli kreditlərlə bağlı bir sıra sualları cavablandırıb.