Milli Məclisdə İşsizlikdən Sığorta Fondunun 2022-ci il büdcəsi haqqında qanun layihəsi ikinci oxunuşda qəbul olunub.
Qanun layihəsinə əsasən, İşsizlikdən Sığorta Fondunun 2022-ci il büdcəsinin gəlirləri 180 375 536,0 manat, xərcləri isə 180 375 536,0 manat məbləğində təsdiqlənib.
Fondun gəlirinin 136 418 476,0 manatı sığorta haqlarından əldə edilir.
Fondun əsas gəlirləri məcburi dövlət sosial sığorta haqları (4 148 202 903,0 manat) və qeyri-büdcə sektoru üzrə (2 438 772 700,0 manat) hesabına formalaşır.
Əhaliyə ödənişlər üzrə xərclər 5 133 000 000,0 manat təşkil edir. Bu məbləğin 4 951 000 000,0 manatı əmək pensiyalarının ödənilməsinə xərclənir.
2021-ci ilin sonuna İşsizlikdən Sığorta Fondunun istifadə olunmamış vəsaiti 43 907 060,0 manat təşkil edir.
İşsizlikdən Sığorta Fondunun 2022-ci il büdcə xərclərinin əsas hissəsi işsizliyə görə sığorta ödənişlərinə (8 500 000,0 manat), peşə hazırlığı və əlavə təhsilin təşkilinə (9 000 000,0 manat) və özünüməşğulluq tədbirlərinin təşkilinə (76 109 816,0) sərf ediləcək.
Bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.