Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq 2022-ci il üçün Dövlət Sosial Müdafiə Fondunun büdcəsini ikinci oxunuşda qəbul edib.
Layihəyə əsasən, Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsinin gəlirləri 5 306 770 072,0 manat, xərcləri isə 5 306 770 072,0 manat məbləğində təsdiqlənib.
Fondun əsas gəlirləri məcburi dövlət sosial sığorta haqları (4 148 202 903,0 manat) və qeyri-büdcə sektoru (2 438 772 700,0 manat) hesabına əldə edilir.
Əhaliyə ödənişlər üzrə xərclər 5 133 000 000,0 manat təşkil edir. Bu məbləğin 4 951 000 000,0 manatı əmək pensiyalarının ödənilməsinə xərclənir.
Bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.