Səhiyyə xərcləri ildən-ilə artır. Biz öz imkanlarımızi kifayət qədər düzgün qiymətləndirməliyik. İcbari tibbi sığortanın tətbiqi səhiyyə sahəsində aparılan mühüm islahatlardan biridir.
Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin noyabrın 23-də keçirilən iclasında deyib.
Maliyyə naziri qeyd edib ki, təhsil sahəsinə maliyyə təminatının ayrılması aktual məsələ kimi mühüm əhəmiyyət kəsb edir. ”Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” proqramına əsasən, biz prioritetlər üzərində işləməli və işimizi bu istiqamətdə qurmalıyıq. Hədəflərin təmin edilməsi üçün maliyyə resursları kimi, intellektual və texniki resurslara da ehtiyac var.