Fərmanla Nazirlər Kabinetinə tapşırılıb ki, mövcud qanunların və Prezidentin aktlarının bu qanuna uyğunlaşdırılmasına dair təkliflərini 3 ay müddətində hazırlayıb ölkə başçısına təqdim etsin. Eyni zamanda, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 5 ay müddətində Prezidentə məlumat verilməlidir.
Sənəddə Ədliyyə Nazirliyinə "Özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borclarının tənzimlənməsi haqqında" Qanuna əsasən, dövlət əmlakının (müəssisəsinin) satıcısı ilə birlikdə özəlləşdirilməsi barədə qərar qəbul edilən dövlət əmlakının (müəssisəsinin) bu qanunun qüvvəyə minmə tarixinə olan əmlak və torpaq vergiləri üzrə borclarını dəqiqləşdirmək tapşırılıb. Özəlləşdirilən dövlət əmlakının (müəssisəsinin) qiymətləndirilməsi zamanı onun balans öhdəliklərində əks olunmuş debitor və kreditor borcları özəlləşdirmə planında (emissiya prospektində) ayrıca göstərilir.
Qanunun 2-ci maddəsinə əsasən, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş dövlət əmlakına (müəssisəsinə) görə əmlak və torpaq vergiləri üzrə borcların tənzimlənməsi bu qaydada həyata keçiriləcək:
Qanunun müddəaları dövlət əmlakının (müəssisələrinin) bu qanunla müəyyən olunmuş borclarının məcburi ödənilməsi barədə məhkəmə qərarı qəbul edilən, lakin bu qanunun qüvvəyə minmə tarixinə mövcud olan ödənilməmiş hissələrinə də şamil ediləcək.