2022-ci ildə dövlət büdcəsinin kəsirinin 3 milyard 63 milyon manat, inflyasiyanın orta göstəricisinin 4 faiz, ümumdaxili məhsulun real artım tempinin 3,9 faiz, neftin bir barelinin orda illik qiymətinin isə 50 dollar olacağı proqnozlaşdırılır. Dövlət büdcəsinin vergi və gömrük rüsumlarının formalaşan gəlirləri 2021-ci ilin təsnif olunmuş göstəriciləri ilə müqayisədə 1 milyard 933 milyon manat artırılıb.
Bu sözləri Milli Məclisin iclasında parlamentin İqtisadi siyasət və sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
O bildirib ki, büdcə layihəsində sosialyönümlü xərclər ümumilikdə 1 milyard 649 milyon manat artırılaraq 13 milyard 850 milyon manata və ya dövlət büdcə xərclərinin 46, 4 faizinə çatdırılıb. Silahlı Qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması üçün ayrılan xərclər 173 milyon manat, təhsil xərcləri 606 milyon manat, səhiyyə xərcləri 118 milyon manat artırılıb. Ölkədə sosial ödənişlərin artırılması ilə bağlı dövlətimizin başçısının imzaladığı Sərəncamın icrası üçün layihədə 1 milyard 441 milyon manat vəsaitin təmin olunması nəzərə alınıb.