Vergi ödəyicisi olmayan fiziki şəxslərdən hansı mallar nağd qaydada satın alına bilər?

2021.11.27 10:58 (UTC+04:00)

Dövlət Vergi Xidmətindən “vergiler.az” saytına bildirilib ki, vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən aşağıda qeyd olunan mallar nağd qaydada satın alına bilər:

• kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu;

• əlvan və qara metal qırıntılarının qəbulu;

• utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu;

• utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu;

• xam dərinin tədarükü (alışı).

Əsaslandırma: Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsi