Azərbaycan və Tatarıstan arasında KOB-ların iştirakı ilə birgə layihələrin reallaşdırılması müzakirə olunub

2021.11.22 12:49 (UTC+04:00)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Rusiya Federasiyası Tatarıstan Respublikasının Azərbaycandakı daimi nümayəndəsi Alfred Zakirov arasında görüş keçirilib.

KOBİA-dan bildirilib ki, görüşdə KOB-ların iştirakı ilə birgə layihələrin reallaşdırılmasına və bu sahədə agentliyin dəstəyinə dair fikir mübadiləsi aparılıb. Eyni zamanda, görüşdə agentliyin sahibkarlıq sahəsində Rusiyanın müvafiq qurumları ilə əməkdaşlıq etdiyi, əlaqələrin genişləndirilməsinin hər iki ölkənin KOB-ları arasında münasibətlərin inkişafı və yeni təşəbbüslərin reallaşdırılması baxımından faydalı ola biləcəyi vurğulanıb.