Cari ilin 10 ayı ərzində 113 min nəfərdən çox şəxsə elektron qaydada sosial ödənişlərin təyinatı aparılıb

2021.11.22 10:54 (UTC+04:00)

Cari ilin 10 ayı ərzində 113 min nəfərdən çox şəxsə elektron qaydada sosial ödənişlərin təyinatı aparılıb.

Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən bildirilib ki, pensiya təyin olunan şəxslərin sayı 20 min, müavinət və təqaüd təyin olunan şəxslərin sayı isə 93 min nəfərdən çox olub.