Dövlət Vergi Xidmətindən “vergiler.az” saytına bildirilib ki, aşağıda göstərilən şəxslər himayədə olanlara aid edilmirlər.
- təqaüd, pensiya və işsizlikdən sığorta ödənişi alan şəxslər (uşaqlardan başqa);
- dövlət təminatında olan şəxslər (texniki-peşə məktəblərinin şagirdləri, uşaq və körpə evlərində tərbiyə alanlar);
- xüsusi məktəblərin şagirdləri və internat evlərində olan, saxlanmasına görə qəyyumlardan haqq alınmayan uşaqlar, habelə tam dövlət təminatındakı məktəblər yanında internatlarda olan uşaqlar.
Əsaslandırma: Vergi Məcəlləsinin 102.6-cı maddəsi