Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksləri artıb

2021.11.20 14:38 (UTC+04:00)

Cari ilin III rübündə tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksləri cari ilin II rübü ilə müqayisədə 100,8 faiz təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, sözügedən dövr ərzində istehsalçı qiymət indeksləri yerüstü tikililər üzrə 100,7 faiz, o cümlədən yaşayış evləri üzrə 100,7 faiz, sosial təyinatlı binalar üzrə 100,7 faiz, inzibati tikililər üzrə 101,2 faiz, ümumtəhsil məktəbləri üzrə 100,6 faiz, sənaye obyektləri üzrə 100,7 faiz olub.

Yol və körpü tikintisi üzrə isə 101 faiz təşkil edib.