Toxuculuq, geyim və ayaqqabı sahələrində 392,3 milyon manatlıq məhsul istehsal edilib

2021.11.19 16:33 (UTC+04:00)

Bu ilin on ayında toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 392,3 milyon manat dəyərində məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 35,6 faiz, toxuculuq sənayesində 42 faiz artım, geyim istehsalında isə 14,5 faiz azalma müşahidə olunub.