Böyük Britaniya maliyyə məlumatlarının Rusiya ilə avtomatik mübadiləsini dayandırıb

2019.04.02 13:21 (UTC+04:00)

Rusiya və Britaniya maliyyə məlumatlarını bundan sonra yalnız sorğu əsasında mübadilə edəcəklər. Federal Vergi Xidmətinin açıqlamasında qeyd edilib ki, KİV-də guya Böyük Britaniyanın Rusiyanın vergi rezidentlərinin Birləşmiş Krallıqda yerləşən banklarındakı xarici maliyyə hesabları barədə məlumatları bölüşməyəcəyi barədə xəbərlər həqiqətə uyğun deyildir. Qeyd edilib ki, vergi məsələlərində inzibati yardıma dair çoxtərəfli konvensiyaya uyğun olaraq, hər iki ölkənin vergi administrasiyaları arasında vergi informasiyalarının sorğu əsasında keyfiyyətli mübadiləsi, eləcə də ölkələrarası hesabatların avtomatik mübadiləsi mexanizmi yaradılıb. Rusiya tərəfinin açıqlamasında bildirilir ki, hər bir ölkənin, eləcə də Böyük Britaniyanın vergi məlumatlarının avtomatik mübadiləsinə qoşulmaq və ya qoşulmamaq hüququ var.