Birjalarda neft qiymətləri

2021.11.19 10:39 (UTC+04:00)

Dünya birjalarında neft qiymətləri bahalaşıb.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,80 dollar artaraq 82,04 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,76 dollar bahalaşaraq 79,77 dollar olub.