Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Pakistanın Kiçik və Orta Sahibkarlığın İnkişafı Təşkilatının baş direktoru Haşim Raza ilə görüşüb.
KOBİA-dan bildirilib ki, onlayn formatda keçirilmiş görüşdə Azərbaycan və Pakistan sahibkarları arasında əlaqələrin genişləndirilməsi üçün əlverişli zəminin və potensialın olduğu vurğulanıb. Qeyd edilib ki, hər iki təşkilat KOB-lar arasında əlaqələrin inkişaf etdirilməsi üçün səylərini birləşdirməli, işgüzar dairələr arasında əməkdaşlığın təşviqi istiqamətində birgə platformaların yaradılması nəzərdən keçirilməlidir.
Görüşdə, həmçinin KOB sahəsində qarşılıqlı təcrübə mübadiləsinə dair müzakirələr aparılıb.