Əsas kapitala yönəldilmiş ümumi vəsaitin 71,4 faizi sənaye və tikinti sahələrinə yönəldilib

2021.11.18 17:16 (UTC+04:00)

Cari ilin yanvar-oktyabr aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 52,5 faizi sənaye, 18,9 faizi tikinti sahələrinə yönəldilib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövrdə sözügedən vəsaitin 17 faizi nəqliyyat və anbar təsərrüfatı, 2,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 1,6 faizi peşə, elmi və texniki fəaliyyət, 1,5 faizi təhsil, 1,2 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 0,9 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 0,7 faizi informasiya və rabitə, hər birində 0,4 faiz olmaqla əhaliyə səhiyyə və sosial xidmətlərin, inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,2 faizi maliyyə və sığorta fəaliyyəti, hər birində 0,1 faiz olmaqla istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, digər sahələrdə xidmətlərin göstərilməsi sahələrinə sərf edilib.