Xarici müəssisələr əsas kapitala 3 milyard 548,5 milyon manat vəsait yönəldiblər

2021.11.18 15:31 (UTC+04:00)

Bu ilin yanvar-oktyabr aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 3 milyard 548,5 milyon manat vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 3 milyard 288,9 milyon manatı (92,7 faizi) Birləşmiş Krallıq, ABŞ, Türkiyə, Yaponiya, İsveçrə, Norveç, Virgin adaları, Malayziya, Fransa, Rusiya və İran sərmayədarlarına məxsus olub.