Qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin vergiyə cəlb edilməsi

2019.04.02 11:19 (UTC+04:00)

Vergi ödəyicisi qeyri-sahibkarlıq fəaliyyətindən əldə etdiyi illik gəliri 30.000 manatadək olduqda 14 faiz, 30.000 manatdan yuxarı olduqda 30.000 manatdan yuxarı məbləğin 25 faizi həcmində gəlir vergisi ödəyir. Vergi Məcəlləsində qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin vergiyə cəlb edilməsində dəyişiklik varmı?

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, illik gəlirin həcmindən asılı olmayaraq qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən 14 faiz dərəcə ilə vergi tutulur və hesabat ili ərzində əldə olunan gəlirlər üzrə növbəti ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisinin bəyannaməsi vergi orqanına təqdim edilir.

Əsas: Vergi Məcəlləsi, 101.2-ci maddə