Vüsal Qasımlı: Azərbaycanın iqtisadi modelinə verilən yüksək qiymət ölkəmizə investor inamını artıracaq

2021.11.18 11:56 (UTC+04:00)

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən Azərbaycandakı “İqtisadi İslahatların İdarəedilməsi Modeli” innovativ təcrübə kimi rəsmən qəbul olunub.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

O bildirib ki, OECD tərəfindən Azərbaycan iqtisadi modelinə verilən yüksək qiymət ölkəmizin beynəlxalq imicini daha da yaxşılaşdıracaq, investor inamını artıracaq və beynəlxalq miqyaslı layihələrin həyata keçirilməsində mövqelərimizi gücləndirəcək.