İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 36 min 205 ipoteka krediti verilib

2021.11.18 10:47 (UTC+04:00)

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.

İKZF-dən bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə indiyədək 36 min 205 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 1 milyard 954 milyon 664 min 526 manatdır.