On ayda dəmir yolu ilə 2 milyon sərnişin daşınıb

2021.11.17 16:12 (UTC+04:00)

Yanvar-oktyabr aylarında dəmir yolu nəqliyyatı ilə 2 milyon 99,3 min sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, 2020-ci ilin eyni dövrü ilə müqayisədə sərnişin daşınmasında 14,8 faiz artım olub. Həmçinin dəmir yolu nəqliyyatı ilə yük daşınmasında orta hesabla sutkada 344 vaqon yüklənib, 336 vaqon isə boşaldılıb.

Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 16,9 min ton, Qərb istiqaməti üzrə 3 min ton, Cənub istiqaməti üzrə isə 0,7 min ton yüklənmə işi yerinə yetirilib.