Cari ilin yanvar-oktyabr aylarında tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 699,9 milyon manat olmaqla, ötən ilin müvafiq dövrü ilə müqayisədə 79 faiz artıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövrdə betondan yığma tikinti konstruksiyaların istehsalı 2,2 dəfə, emal edilmiş mərmər travertin, alebastr və onlardan məmulatların istehsalı 58 faiz, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 37 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 35,7 faiz, tikinti kərpicinin istehsalı 30,8 faiz, tikinti gipsinin istehsalı 30,6 faiz, tikinti əhənginin istehsalı 3,3 faiz artıb, asfaltın istehsalı isə 0,2 faiz azalıb.