Ötən ay ölkədə 447,8 kiloqram gümüş istehsal edilib

2021.11.17 15:08 (UTC+04:00)

Oktyabr ayında mədənçıxarma sənayesində istehsal olunmuş əsas məhsul növlərindən sayılan qiymətli metal filizlərinin 447,8 kiloqramı gümüşün payına düşüb.

Dövlət Statistika Komitəsinin məlumatlarında bildirilir ki, bu göstərici əvvəlki ayla müqayisədə 65,8 kiloqram çox olub.

Noyabrın 1-nə olan vəziyyətə əsasən, hazır gümüş ehtiyatı 244,3 kiloqram təşkil edib.