Anar Kərimov: Qeyri-büdcə üzrə daxilolmalarda 15 faiz artım var

2021.11.17 13:10 (UTC+04:00)

Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il üçün gəlirlərinin 78 faizinin məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalardan formalaşacağı proqnozlaşdırılır. Bu cari ilin göstəricisindən 646 milyon manat və ya 18 faiz çoxdur.

Bu fikirləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov parlamentin noyabrın 17-də keçirilən iclasında bildirib.

Nazir müavini diqqətə çatdırıb ki, büdcədən maliyyələşən təşkilatlar üzrə 2022-ci il üçün daxilolmalar 1 milyard 678 milyon manat təşkil edəcək. Qeyri-büdcə üzrə gəlirlər sığorta haqlarının 59 faizini təşkil edir.

Onun sözlərinə görə, büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 25 faiz və ya 333 milyon manat proqnozlaşdırılır. Qeyri-büdcə üzrə daxilolmalar 15 faiz və ya 313 milyon manat artımla müşahidə olunur.