Yanvar-oktyabr aylarında tütün, qida və içki istehsalında artım olub

2021.11.17 12:48 (UTC+04:00)

Cari ilin yanvar-oktyabr aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə tütün məmulatlarının istehsalında 56,1 faiz, qida məhsullarının istehsalında 10,9 faiz, içki istehsalında isə 1,6 faiz artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu sahələrin əsas məhsullarından qənd və şəkər tozunun istehsalı 51,1 faiz, kolbasa məmulatlarının istehsalı 4,9 faiz, kərə yağının istehsalı 4,8 faiz artıb, duru bitki yağlarının istehsalı 0,7 faiz, marqarin istehsalı isə 4,3 faiz azalıb.