Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Pakistan Biznes Forumunun prezidenti, Beynəlxalq Biznes Forumun (IBF) İdarə Heyətinin üzvü Məhəmməd Kasif ilə görüşüb.
KOBİA-dan bildirilib ki, görüşdə agentliyin KOB-lara göstərdiyi xidmətlər, o cümlədən xarici iş adamlarına və investorlara dəstəyi barədə məlumat verilib, KOBİA ilə Pakistanın sahibkarlıq sahəsində əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.
Görüşdə Bakıda keçirilmiş 25-ci Beynəlxalq Biznes Forumda Pakistan iş adamlarının da iştirak etdiyi və bunun yerli KOB-larla əməkdaşlıq üçün yaxşı fürsət olduğu vurğulanıb.