Avtomobil nəqliyyatı ilə daşınan sərnişinlərin 8,2 faizi taksilərin payına düşür

2021.11.17 12:06 (UTC+04:00)

Yanvar-oktyabr aylarında nəqliyyat sektorunda daşımalarda xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 901 milyon sərnişin daşınıb və 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz azalma qeydə alınıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, sərnişinlərin 91,8 faizi avtobus, 8,2 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Sərnişin dövriyyəsi 5,2 faiz azalıb.