Hava nəqliyyatı ilə sərnişindaşıma 68,1 faiz artıb

2021.11.17 11:57 (UTC+04:00)

Yanvar-oktyabr aylarında hava nəqliyyatı ilə 903,3 min və ya ötən ilin müvafiq dövrünə nisbətən 68,1 faiz çox sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, daşımaların 99,4 faizi dövlət, 0,6 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.