Qarşılıqlı məlumat mübadiləsinə dair müqaviləni bağlayan vergi ödəyicisinin vəzifələri

2021.11.22 14:54 (UTC+04:00)

Dövlət Vergi Xidmətindən “vergiler.az” saytına bildirilib ki, vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı məlumat mübadiləsinə dair müqaviləni bağlayan vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır:

- elektron kabinetdən istifadə zamanı proqram təminatı üzrə müəyyən olunmuş tələb və şərtlərə əməl etmək;

- elektron kabinetdə proqram təminatı tərəfindən qəbul olunmamış və səhv aşkar edilmiş sənəd və məlumatları yenidən hazırlayıb vergi orqanına göndərmək;

- elektron sənəd mübadiləsi üçün istifadə olunan kod-parolu məxfi saxlamaq, başqa şəxslərə istifadə üçün verməmək, kod-parol itirildikdə və ya başqaları tərəfindən istifadə olunduğunu bildikdə dərhal vergi orqanına yazılı qaydada məlumat vermək;

- elektron kabinet vasitəsilə sənəd və məlumatların mübadiləsindən imtina etdikdə vergi orqanına məlumat vermək;

- vergi orqanı tərəfindən elektron kabinet vasitəsilə göndərilmiş sənəd və məlumatlarla hər gün tanış olmaq;

- elektron kabinetin fəaliyyətini ləngidən, ona zərər vuran, o cümlədən elektron kabinetin fəaliyyətinin dayanmasına səbəb ola bilən hərəkətlərə yol verməmək.

Əsaslandırma: Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2019-cu il 15 mart tarixli 1917050000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş Vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı məlumat mübadiləsinə dair müqavilə formasının 4.1-ci bəndi.