Valyuta tənzimi qaydalarının pozulması

2021.11.20 12:29 (UTC+04:00)

Dövlət Vergi Xidmətindən “vergiler.az” saytına bildirilib ki, valyuta tənzimi haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozmaqla valyuta sərvətlərinin ictimai yerlərdə alınıb-satılmasına və ya dəyişdirilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin qırx faizindən səksən faizinədək məbləğdə cərimə tətbiq edilir.

Valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin qırx faizindən səksən faizinədək məbləğdə cərimə edilir.

Əsaslandırma: İnzibati Xətalar Məcəlləsinin 430.1-ci və 430.2-ci maddələri