Cari ilin yanvar-oktyabr aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 0,7 faizi informasiya və rabitə sahələrində xidmətlərin göstərilməsinə sərf olunub.
Dövlət Statistika Komitəsinin məlumatlarında bildirilir ki, əsas kapitala yönəldilmiş vəsaitin 75,2 milyon manatı informasiya və rabitə sahəsinin, o cümlədən 71,8 milyon manatı rabitənin payına düşüb.