Mikayıl Cabbarov: Oktyabrın sonuna strateji valyuta ehtiyatları 53 milyard dolları ötüb

2021.11.16 17:24 (UTC+04:00)

Oktyabr ayının sonuna Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi 53 milyard ABŞ dollarını ötüb.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin plenar iclasında deyib.

Nazir qeyd edib ki, ölkənin strateji valyuta ehtiyatlarının yüksək səviyyədə formalaşmasında neft-qaz sektorundan əldə olunan gəlirlər başlıca mənbədir.