Mikayıl Cabbarov: Neftdən asılılığı aradan qaldırmaq istiqamətində görülən tədbirlər bəhrəsini verməkdədir

2021.11.16 15:57 (UTC+04:00)

Ölkənin neft sahəsindən asılılığını aradan qaldırmaq istiqamətində görülən tədbirlər bəhrəsini verməkdədir və biz bunu qeyri-neft sektorundakı artımda müşahidə edirik.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov parlamentdə 2022-ci il dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” proqramından danışan nazir bildirib ki, bu proqramla bağlı qarşıda yeni çağırışlar dayanır. Qeyd olunub ki, iqtisadiyyatın dayanıqlılığını təmin etmək, neftdən asılılığı aradan qaldırmaq, iqtisadiyyatın bütün sahələrinə özəl sektoru cəlb etmək və insan kapitalının inkişafı əsas vəzifələrdəndir.

Mikayıl Cabbarov neftdən gələn gəlirlərin əsas hissəsinin işğaldan azad edilmiş ərazilərdə quruculuq və əhalinın rifah halının yüksəldilməsinə sərf olunacağını vurğulayıb.