On ayda onlayn kassalar üzrə dövriyyələrin həcmi 1,9 dəfəyədək artıb

2021.11.16 15:39 (UTC+04:00)

Ticarət sferasında dövriyyələrin leqallaşmasında yeni nəsil onlayn kassa aparatlarının tətbiqi mühüm rol oynayır. Cari ilin on ayında onlayn kassalar üzrə dövriyyələrin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 dəfəyədək artıb.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov 2022-ci il dövlət büdcəsinin müzakirəsi ilə bağlı parlamentin noyabrın 16-da keçirilən iclasında deyib.

Nazir qeyd edib ki, “ƏDV geri al” layihəsi çərçivəsində indiyədək fiziki şəxs olan istehlakçılara 120 milyon manata yaxın vəsait qaytarılıb. Bu xidmətdən 1,6 milyon manat vətəndaş faydalanmaqdadır.