Dəniz limanlarında 7,3 milyon ton yükləmə-boşaltma işləri həyata keçirilib

2021.11.16 15:08 (UTC+04:00)

Yanvar-oktyabr aylarında dəniz limanlarında 7 milyon 327,9 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, yüklərin 7 milyon 10,5 min tonunu və ya 95,7 faizini tranzit yüklər təşkil edib. Noyabrın 1-nə limanlarda qalan yüklərin həcmi 193,7 min ton olub.

On ayda dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı 2020-ci ilin müvafiq dövrünə nisbətən 22,8 faiz azalaraq 14,2 min nəfər təşkil edib.