2020-ci ildə qazandığımız Zəfərimiz Azərbaycanın gələcək inkişafına zəmanət verib. Azərbaycan Prezidentinin rəhbərliyi ilə vətəndaşlarımızın Qarabağa və Şərqi Zəngəzura qayıtmasının təmin edilməsi həyata keçirilir. Beynəlxalq aeroport inşa edilir, yol çəkilir, nəqliyyat və kommunikasiya işləri görülür.
Bu prioritetlər 2022-ci il üçün dövlət büdcəsində əsas götürülüb.
Bu fikirləri maliyyə naziri Samir Şərifov 2022-ci il dövlət büdcəsinin müzakirəsi ilə bağlı parlamentin noyabrın 16-da keçirilən iclasında deyib.
Samir Şərifov gələn ilin dövlət və icmal büdcələrinin hazırlanması zamanı cari vəziyyətin nəzərə alındığını diqqətə çatdırıb.