TRACECA-nın Azərbaycan hissəsində 30,4 milyon ton yük daşınıb

2021.11.16 13:20 (UTC+04:00)

Cari ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 30,4 milyon ton, yük dövriyyəsi isə 7 milyard 177,5 milyon ton-kilometr olub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, yüklərin 17 milyon 37,2 min tonu və ya 56 faizi avtomobil nəqliyyatı, 9 milyon 930,3 min tonu və ya 32,7 faizi dəmir yolu nəqliyyatı, 3 milyon 435,5 min tonu və ya 11,3 faizi dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 21,9 faizini və ya 6 milyon 654,1 min tonunu tranzit yüklər təşkil edib.