Maliyyə naziri: Cari ilin dövlət büdcəsinin gəlirlərinin təsdiqlənmiş göstəriciyə nisbətən 6 faiz çox olacağı proqnozlaşdırılır

2021.11.16 13:07 (UTC+04:00)

AZƏRTAC

Maliyyə naziri: Cari ilin dövlət büdcəsinin gəlirlərinin təsdiqlənmiş göstəriciyə nisbətən 6 faiz çox olacağı proqnozlaşdırılır

16.11.2021 [12:28]İQTİSADİYYAT

Bakı, 16 noyabr, AZƏRTAC

2021-ci ilin doqquz ayında vergi və gömrük orqanları tərəfindən büdcə gəlirləri müvafiq olaraq 20,2 faiz və 12,4 faiz artımla icra edilib. Bu isə müvafiq olaraq 1 milyard 67 milyon manat və 352 milyon manat artım deməkdir. Xam neftin satış qiymətinin proqnoza nisbətən əhəmiyyətli artımı hesabına dövlət büdcəsinin gəlirləri ilə yanaşı, Dövlət Neft Fondunun aktivlərinin artması üçün zəmin yaranıb.

Bu sözləri Milli Məclisin noyabrın 16-da keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, cari ilin 9 ayında dövlət büdcəsinin kəsiri 839 milyon manat proqnozlaşsa da, faktiki olaraq 160 milyon manat profisit yaranıb. Bu ilin sonuna dövlət büdcəsinin gəlirlərinin təsdiqlənmiş göstəriciyə nisbətən 6 faiz artıq, 1 milyard 500 milyon manat, xərclərinin isə 5 faiz az və ya 1,2 milyard manat olacağı proqnozlaşdırılır.