Bu ilin yanvar-sentyabr aylarında qeyri-neft sektorunda ÜDM-in həcmi 6,2 faiz artıb

2021.11.16 12:43 (UTC+04:00)

2022-ci ilin dövlət büdcəsinin xərcləri 29 milyard 879 milyon manat məbləğində təklif olunur ki, bu da ölkəmizin müstəqillik tarixində ən böyük büdcədir.

Bunu maliyyə naziri Samir Şərifov 2022-ci il dövlət büdcəsinin müzakirəsi ilə bağlı parlamentin noyabrın 16-da keçirilən iclasında deyib.

Maliyyə naziri diqqətə çatdırıb ki, bu ilin yanvar-sentyabr aylarında ÜDM-in həcmi neft sektorunda 4,8 faiz, qeyri-neft sektorunda isə 6,2 faiz artıb.

O, büdcədə xalqın rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin təmin edilməsi məqsədilə əməkhaqlarının və əmək pensiyalarının, sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin artırılmasının nəzərdə tutulduğunu qeyd edib.