İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 36 min 186 ipoteka krediti verilib

2021.11.16 12:10 (UTC+04:00)

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.

İKZF-dən bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə indiyədək 36 min 186 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 1 milyard 953 milyon 289 min 686 manatdır.