ÜDM-də qeyri-neft sektorunun payı 64 faiz təşkil edib

2021.11.15 17:10 (UTC+04:00)

ÜDM-in artım dinamikasında müsbət trendlər güclənir. Cari ilin yanvar-sentyabr aylarında ÜDM 4,8 faiz, o cümlədən qeyri-neft sektorunda ÜDM 6,2 faiz artıb.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov noyabrın 15-də Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda deyib.

Nazir qeyd edib ki, ÜDM-də neft sektorunun payı 36 faiz, qeyri-neft sektorunun payı 64 faiz təşkil edib.