Bu ilin 9 ayında qeyri-neft ixracının qeyri-neft ÜDM-də payı ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz bəndi artaraq 7,7 faizə çatıb.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov noyabrın 15-də Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda deyib.
Nazir qeyd edib ki, qeyri-neft sənaye məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 dəfə artıb.