Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin həcmini 15 milyard ABŞ dollarına çatdırmalıyıq.
Bu barədə Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumunda (IBF) Türkiyənin maliyyə və xəzinədarlıq nazirinin müavini Nurəddin Nəbati bildirib.
“İki ölkə arasında ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması üçün işlər davam etdirilir. Azərbaycanın ən çox investisiya yatırdığı ölkə Türkiyədir”, - deyə N.Nəbati qeyd edib.