Bu ilin 9 ayında sənaye zonalarından ixrac olunmuş məhsulların dəyəri 320 milyon dolları ötüb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov noyabrın 15-də Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda deyib.
Nazir qeyd edib ki, ölkə üzrə qeyri-neft sənayesi istehsalında sənaye zonalarından istehsalın xüsusi çəkisi bu ilin 9 ayında 2017-ci ildəki 3,2 faizdən 14,2 faizədək artıb.