Komitədən verilən məlumata görə, hərraca ümumilikdə 92 dövlət əmlakı çıxarılacaq. Bunlardan 22-si səhmdar cəmiyyəti, 49-u kiçik dövlət müəssisəsi, 11-i qeyri-yaşayış sahəsi, 3-ü yarımçıq tikili, 7-si isə nəqliyyat vasitəsidir. Özəlləşməyə çıxarılan kiçik dövlət müəssisə və obyektlərinin ümumi faydalı sahəsi 20 kvadratmetr ilə 3813 kvadratmetr arasındadır. Dövlət obyektləri təyinat və ərazi baxımından da müxtəlifdir. Onların arasında təmir-tikinti, xidmət, aqrar və digər sahələr üzrə kifayət qədər dövlət əmlakı var.
Bütün dövlət əmlakları haqqında ətraflı məlumat əldə etmək və özəlləşdirmə hərraclarına qoşulmaq istəyən şəxslər komitənin rəsmi saytına (emdk.gov.az) və özəlləşdirmə portalına (privatization.az) daxil ola bilərlər.