Mikayıl Cabbarov: Bu il qeyri-neft ixracı Azərbaycan tarixində ən yüksək göstəriciyə malik olub

2021.11.15 11:21 (UTC+04:00)

Cari ilin 9 ayında qeyri-neft ixracının həcmində 41 faizədək artım müşahidə olunub. Bu, Azərbaycan tarixində ən yüksək göstəricidir.

Bu barədə 25-ci Beynəlxalq Biznes Forumunda çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

O bildirib ki, 2021-ci il üzrə qeyri-neft ixracının həcminin 2,4 milyard ABŞ dolları ətrafında olacağı gözlənilir.