Bu günədək ölkədə 513 investisiya təşviqi sənədi verilib

2021.11.15 11:05 (UTC+04:00)

Bu günədək ölkədə 513 investisiya təşviqi sənədi verilib.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov noyabrın 15-də Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda deyib.

Nazir bildirib ki, bu sənədlər üzrə layihələrin ümumi dəyəri 4,6 milyard manat təşkil edir ki, bu da əsasən regionlarda həyata keçirilən layihələrin payına düşür.