ƏDV ödəyicisi tərəfindən qeyri-rezident şəxslərə nümunə üçün göndərilən və geri qaytarılmayan məhsulların ƏDV bəyannaməsində göstərilməsi

2021.11.18 12:07 (UTC+04:00)

Dövlət Vergi Xidmətindən “vergiler.az” saytına bildirilib ki, məhsul nümunələrinin qeyri-rezidentə göndərilməsi zamanı bu məhsullar üzərində mülkiyyət hüququ dəyişdiyindən həmin nümunələr əvəzsiz olaraq təqdim edilmiş hesab olunur. Nümunələrin dəyəri əlavə dəyər vergisinə sıfır dərəcə ilə cəlb edilir və bəyannamənin 4 nömrəli Əlavəsində 302.3.1 kodlu sətirdə “Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri” sütununda əks olunur.

Əsaslandırma: Vergi Məcəlləsinin 13.2.10-cu, 159.1-ci, 165.1.3-cü maddələri və “Əlavə dəyər vergisinin bəyannaməsi”nin 4 №-li Əlavəsinin tərtib edilməsi Qaydası